Boris Conson: “Trampın dizel yanacağına görə Kiyevi təqsirləndirməyi "gülünc"dür”

Hazırda oxunan: Boris Conson: “Trampın dizel yanacağına görə Kiyevi təqsirləndirməyi "gülünc"dür”

641609

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson ABŞ Prezidenti Donald Trampın Rusiya dizel yanacağının tədarükünə qoyulan sanksiyaları ləğv etmək qərarını kəskin tənqid edib.

Bizim.Media xəbər verir ki, Conson məhdudiyyətlərin aradan qaldırılmasını "dəhşətli qərar" adlandırıb və ABŞ-ın bu addımının Moskvanın müharibəni maliyyələşdirməsinə kömək edəcəyini bildirib.

Keçmiş baş nazir yanacaq qiymətlərinin kəskin bahalaşmasında Kiyevi təqsirləndirməyi "gülünc" hesab edib.
 

O vurğulayıb ki, qiymətlərin qalxması Ukraynanın zərbələrinə görə deyil, Hörmüz boğazının bağlanmasından sonra başlayıb.


Consonun fikrincə, Vaşinqton və Moskva arasında əldə olunan bu razılaşma qlobal bazara ciddi müsbət təsir göstərməyəcək. O əlavə edib ki, Rusiya neft və qazının beynəlxalq bazarlara tam qayıdışı yalnız Ukraynadakı müharibə başa çatdıqdan sonra mümkündür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin