Avropa İttifaqı Ukraynaya əlavə vəsait ayıracaq

Hazırda oxunan: Avropa İttifaqı Ukraynaya əlavə vəsait ayıracaq

641673

Avropa İttifaqı (Aİ) gələn həftə Ukraynanın müdafiə qabiliyyətini gücləndirmək məqsədilə raket və pilotsuz uçuş aparatlarının (PUA) alınmasına əlavə vəsait ayıracaq.

Bizim.Media xəbər verir ki, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen oktyabrın 11-də Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı apardığını bildirib.

O, “X” sosial şəbəkəsindəki paylaşımında Ukrayna xalqı ilə həmrəyliyini və Zelenskiyə tam dəstəyini ifadə edib.

“Ukrayna bu həftə Avropa Şurasının gündəliyində əsas məsələlərdən biri olacaq. Biz gələn il üçün maliyyə ehtiyaclarını və Kiyevə beynəlxalq dəstəyin artırılması yollarını müzakirə edəcəyik. Həmçinin bu həftə Aİ Ukraynanın müdafiəsini gücləndirmək və hava məkanını qorumaq üçün dron və raketlərin alınmasına əlavə maliyyə vəsaiti ayıracaq”, - deyə Avropa Komissiyasının Prezidenti qeyd edib.

O əlavə edib ki, Aİ tezliklə Ukraynanın Avropaya inteqrasiyası ilə bağlı danışıqların iki yeni istiqaməti üzrə məsləhətləşmələrə başlayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin