Qazaxda TIR-da Gürcüstan vətəndaşının meyiti tapıldı

Hazırda oxunan: Qazaxda TIR-da Gürcüstan vətəndaşının meyiti tapıldı

641597

Qazaxda kişi meyiti tapılıb.

Bizim.Media xəbər verir ki, hadisə rayonun İkinci Şıxlı kəndi ərazisində qeydə alınıb.
 

Gürcüstan vətəndaşı, 73 yaşlı L. Lanxavanın meyiti idarə etdiyi TIR markalı yük avtomobilində aşkarlanıb.


Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub. İlkin məlumata görə, L. Lanxava ürək tutmasından vəfat edib.

Meyit müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır. (Apa.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin