Bazar günü, oktyabrın 11-də axşam saatlarında Rusiya Silahlı Qüvvələri Xarkov ətrafına raket zərbəsi endirib, İvano-Frankovskiyə isə PUA-larla hücum edib. Hücumlar nəticəsində dinc sakinlər arasında tələfat və dağıntılar qeydə alınıb.
Bizim.Media xəbər verir ki, Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbovun məlumatına görə, raket ərzaq mağazasının binasına düşüb.
Hadisə nəticəsində 3 nəfər həlak olub, 3-ü uşaq olmaqla 9 nəfər yaralanıb. Yanğın 300 kv.m sahədə lokallaşdırılıb; 2 yaşayış binası, 1 fərdi ev və 5 avtomobil zədələnib. Həmçinin gün ərzində Xarkovun Nemişlyanski rayonuna endirilən idarəolunan bomba zərbəsi nəticəsində bir qadın həyatını itirib.
Vilayət administrasiyasının rəhbəri Svetlana Onişşuk bildirib ki, pilotsuz uçuş aparatlarının mülki infrastrukturu vurması nəticəsində 3 nəfər həlak olub (biri xəstəxanada vəfat edib), 1 nəfər isə xəsarət alıb.
Gün ərzində Rusiya zərbələri nəticəsində Odessada məşhur internet provayderinin inzibati binası zədələnib və şəhərdə internet təminatında fasilələr yaranıb.
Bizim.Media
































































































