Goranboyda həkim dərmandan zəhərlənib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində baş verib.
Goranboyda uşaq həkimi işləyən 1962-ci il təvəllüdlü Təranə Hüseynova dərmandan zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinini ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma başlanılıb.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu



























































































