Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, hadisə Sülh prospektində qeydə alınıb.
"Mercedes" markalı minik avtomobili ilə "Hyundai" markalı mikroavtobus toqquşub. Qəza nəticəsində üç nəfər xəsarət alıb.
Yaralılar xəstəxanaya çatdırılıblar.
Hadisənin başvermə səbəbi araşdırılır. (Report.az)


Bizim.Media



























































































