Husilər Səudiyyə Ərəbistanına ballistik raket və PUA-larla zərbələr endiriblər

Hazırda oxunan: Husilər Səudiyyə Ərəbistanına ballistik raket və PUA-larla zərbələr endiriblər

641689

Yəmənin "Ənsar Allah" (husilər) üsyançı hərəkatı son 24 saat ərzində Səudiyyə Ərəbistanında hava limanlarını və "Saudi Aramco" şirkətinə məxsus iki obyekti hədəf aldıqlarını iddia ediblər.

Bizim.Media "Haber Global"a istinadən xəbər verir ki, husilərin silahlı qanadının sözçüsü Yəhya Saria hücumların paytaxt Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına, Dammam yaxınlığındakı Kral Fəhd Beynəlxalq Hava Limanına, eləcə də "Saudi Aramco" şirkətinin Şedqum qaz emalı obyektinə və Tənacibdəki müəssisəsinə qarşı həyata keçirildiyini bildirib.
 

Sərinin sözlərinə görə, ilk hücum zamanı Kral Xalid Beynəlxalq Hava Limanı dünən axşam üç dalğa ilə hədəfə alınıb. O, hücumun hava nəqliyyatında fasilələrə səbəb olduğunu və hava limanının bağlanmasına gətirib çıxardığını iddia edib.


Husi sözçüsü ikinci hücumda "Saudi Aramco" şirkətinin ölkənin şərqində yerləşən Şedqum qaz obyektinin vurulduğunu və ərazidə güclü yanğın baş verdiyini bildirib. Onun iddiasına görə, üçüncü hücum Tənacibdəki müəssisəyə, dördüncü hücum isə Kral Fəhd Beynəlxalq Hava Limanına yönəlib.

Saria, həmçinin Yəmənin cənubundakı Ləhc vilayətində Səudiyyə Ərəbistanı hərbçilərinin toplandığı ehtimal edilən mövqelərə altı ballistik raket və iki PUA ilə hücum etdiklərini iddia edib. O, hücumlar nəticəsində çox sayda insanın öldüyünü bildirib, lakin itkilərin dəqiq sayını açıqlamayıb.

Onun sözlərinə görə, hücumlar Səudiyyə Ərəbistanının son 24 saat ərzində Yəmənin paytaxtı Sana ilə yanaşı, Təiz, Məarib, Əl-Cövf, Həccə, Hudeydə və Səada vilayətlərinə endirdiyi 124 hava zərbəsinə cavab olaraq həyata keçirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin