Meqan Markl və şahzadə Harrinin nikahı ciddi böhran keçirir.
Bizim.Media xəbər verir ki, RadarOnline nəşrinin yaydığı məlumata görə, Böyük Britaniyaya qayıtdıqdan bir neçə həftə sonra Meqanın uşaqları ilə birlikdə ərindən ayrı müvəqqəti mehmanxanaya köçməyi planlaşdırdığı iddia edilir.
İddialara görə, Meqan Markl ərinin telefonundakı yazışmalar vasitəsilə Harrinin xəyanəti haqqında xəbər tutub (bu iddiaların rəsmi təsdiqi yoxdur).
Cütlük Böyük Britaniyada xüsusi polis mühafizəsinin bərpasına çalışır. Təhlükəsizliklə bağlı narahatlıqlar səbəbindən uşaqları Arçi və Lilibetin məktəbini dəyişməli olublar.
Britaniyanın kral sarayı cütlük arasında baş verə biləcək qalmaqallı boşanma prosesinə və yeni media dalğasına görə həyəcan içindədir.
Bizim.Media

































































































