Azərbaycana qarşı saxta xəbərlər yayan "Telegram" kanalının təsisçisi Monteneqrodan deport edildi

Hazırda oxunan: Azərbaycana qarşı saxta xəbərlər yayan "Telegram" kanalının təsisçisi Monteneqrodan deport edildi

641617

Müharibəyə dəstək verən "Rıbar" (Рыбарь) Telegram kanalının təsisçisi Mixail Zvinçuk, həyat yoldaşı və layihənin üç əməkdaşı Çernoqoriyada saxlanıldıqdan sonra Rusiyaya qayıdıblar. 

Bizim.Media xəbər verir ki, RTVI nəşrinin məlumatına görə, təyyarə oktyabrın 11-ə keçən gecə Belqraddan Moskva Şeremetyevo hava limanına eniş edib.

Zvinçuk azad edilmələrində Rusiya hökuməti, XİN, xüsusi xidmət orqanları, "Rostex" korporasiyası, "Termodinamika" konserni, həmçinin Mariya Zaxarova, Marqarita Simonyan və Dmitri Medvedevin rolu olduğunu bildirib. Onların müsadirə edilmiş texnikası hələ ki, qaytarılmayıb.

Qrup oktyabrın 9-da Risan şəhərindəki oteldə milli təhlükəsizlik xidməti tərəfindən saxlanılmışdı. Ölkənin baş naziri Miloyko Spaiç bunu Çernoqoriyanın avrointeqrasiyasına qarşı "hibrid təsir cəhdlərinin" qarşısının alınması kimi qiymətləndirib. Rusiya vətəndaşlarının yaşamaq icazəsi ləğv edilərək ölkədən qovulublar.

 Zvinçuk 2023-cü ildən Aİ və Böyük Britaniyanın sanksiyalar siyahısındadır. Buna baxmayaraq, onun Çernoqoriyaya gəlməzdən əvvəl Almaniyadan (Memmingen şəhərindən) Sarayevoya uçduğu və Şengen zonasına giriş qadağasını necə keçdiyi qaranlıq qalır.

1,5 milyondan çox abunəçisi olan "Rıbar" kanalı Rusiya dövləti tərəfindən maliyyələşməkdə, dezinformasiya yaymaqda və Avropada (Moldova, Ermənistan, Çexiya) seçkilərə müdaxilə cəhdlərində ittiham olunur.

Qeyd edək ki, "Rybar"ın təsisçisi bloqer Mixail Zvinçuk Rusiyada Azərbaycana qarşı yönəlmiş informasiya kampaniyalarında iştirak edən şəxslərdən biri kimi təqdim olunur. Azərbaycan əleyhinə materiallara həm Zvinçukun idarə etdiyi "Rybar" şəbəkəsində, həm də anti-Azərbaycan mövqeyi ilə tanınan "Sarqrad" kanalında rast gəlmək mümkündür. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin