Qəbələ-Xankəndi Ultramarafonunun qaliblərinə mükafat verildi - FOTO

Hazırda oxunan: Qəbələ-Xankəndi Ultramarafonunun qaliblərinə mükafat verildi - FOTO

641611

Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə keçirilən Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
 
Bizim.Media xəbər verir ki, əvvəlcə qadınlar arasında ümumi hesabda birinci yeri tutaraq ultramarafonun qalibi olan Olena Şevçenkoya (Ukrayna), ikinci sırada qərarlaşan Leyla Abdinovaya (Rusiya), üçüncü yeri tutan Natalya Vallekə (Azərbaycan) diplom və medallar təqdim olunub.
 

Sonra dörd mərhələnin yekun nəticələrinə əsasən, kişilər arasında qalib David Xarazişvili (Gürcüstan), müvafiq olaraq, ikinci və üçüncü yerləri tutan Andrey Eqorov (Litva), və Azərbaycan təmsilçisi Elşad Nəsibov mükafatlandırılıblar.


Qaliblərə mükafatları gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru Maqsud Fərzullayev təqdim ediblər.
 
Həmçinin ümumi qaliblər baş mükafata layiq görülüblər.
 
Yarışda 6 ölkədən 97 atlet iştirak edib. Ultramarafon dörd mərhələdən ibarət olub: Qəbələ–Ağdaş (52,5 kilometr), Ağdaş–Bərdə (63,5 kilometr), Bərdə–Ağdam (46,8 kilometr) və Ağdam–Xankəndi (29,2 kilometr). Bununla da atletlər dörd gün ərzində ümumilikdə 192 kilometr məsafə qət ediblər.
 
Qeyd edək ki, Xankəndi Ultramarafonu ilk dəfə 2024-cü ildə Xankəndi–Bakı marşrutu üzrə təşkil olunub.

380 kilometrlik məsafəni əhatə edən yarışda dörd ölkədən 64 atlet iştirak edib. 2025-ci ildə isə ultramarafon Qəbələ–Xankəndi marşrutu üzrə keçirilib və yarışa altı ölkədən 81 atlet qatılıb.
 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin