Qadın kruiz gəmisindən dənizə düşdü - Bir sutkadan sonra xilas edildi

Hazırda oxunan: Qadın kruiz gəmisindən dənizə düşdü - Bir sutkadan sonra xilas edildi

641616

Yunanıstan sahillərində kruiz gəmisindən dənizə düşən və açıq dənizdə təxminən 24 saat qalan 44 yaşlı Salvador vətəndaşı möcüzəvi şəkildə xilas edilib.

Bizim.Media xəbər verir ki, Kathimerini nəşrinin məlumatına görə, o, xilasedici jiletindəki sayrışan işıq siqnalı sayəsində aşkar olunub.
 

Qadın Zakinf adasından təxminən 130 km cənub-qərbdə, İon dənizində axtarış-xilasetmə əməliyyatına cəlb olunmuş yük gəmisinin heyəti tərəfindən şənbə günü səhər saatlarında dənizdən çıxarılıb.


Göyərtəyə qaldırılarkən huşunun özündə olduğu bildirilən qadına ilkin tibbi yardım göstərildikdən sonra Katakolo limanına, oradan isə müayinə üçün Pirqos şəhərindəki xəstəxanaya aparılıb.

Baham adaları bayrağı altında üzən kruiz gəmisindən dənizə düşən sərnişinin hansı şəraitdə suya yıxıldığı və əynində xilasedici jiletin necə olması hələlik məlum deyil.

Axtarışlara Yunanıstan Sahil Mühafizəsinin katerləri, Hərbi Hava Qüvvələrinin helikopteri və ərazidəki ticarət gəmiləri cəlb edilib. Qadının tapılmasında jiletdəki işıq siqnalı həlledici rol oynayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin