Mərmərə dənizində zəlzələ: İstanbulda da hiss edildi

Hazırda oxunan: Mərmərə dənizində zəlzələ: İstanbulda da hiss edildi

641659

Mərmərə dənizində növbəti yeraltı təkan qeydə alınıb.

Bizim.Media xəbər verir ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, zəlzələnin mərkəzi Yalova sahilləri olub. Təkanlar İstanbul və ətraf vilayətlərdə də hiss edilib.

AFAD yeraltı təkanların gücünü 2,9 bal, dərinliyini isə 7,96 kilometr olaraq açıqlayıb. Kandilli Rəsədxanası isə zəlzələnin böyüklüyünü 3,0 bal gücündə ölçüb.

İki gün ard-arda Mərmərə dənizində sarsıntı qeydə alınıb. Bundan bir gün əvvəl də eyni bölgədə 3,5 bal gücündə zəlzələ baş vermişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin