“Bu gün dünyanın qarşısında duran əsas çağırışlardan biri hər kəs üçün əlçatan, təhlükəsiz və dayanıqlı yaşayış mühitinin yaradılmasıdır”.
Bizim.Media xəbər verir ki, bu fikirləri BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Assambleyasının hazırkı prezidenti, Malayziyanın mənzil və yerli idarəetmə naziri Nga Kor Ming Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Yeni Şəhərsalma Proqramına dair nazirlər səviyyəsində görüşdə çıxışı zamanı səsləndirib.
Nazir bildirib ki, bu məsələ yalnız texniki yanaşma deyil, insanların rifahına və gələcəyinə xidmət edən strateji istiqamətdir.
O, şəhərlərin davamlı inkişafı və yaşayış mühitinin yaxşılaşdırılması istiqamətində beynəlxalq əməkdaşlığın əhəmiyyətini də vurğulayıb.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
10:48 / 17.05.2026
Malayziya naziri: Dayanıqlı yaşayış mühiti strateji istiqamətdir - VİDEO
Hazırda oxunan: Malayziya naziri: Dayanıqlı yaşayış mühiti strateji istiqamətdir - VİDEO
Hazırda oxunan: Malayziya naziri: Dayanıqlı yaşayış mühiti strateji istiqamətdir - VİDEO
613635
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































