"Haber Global": İlham Əliyev liderlərə müraciət edib - VİDEO

Hazırda oxunan: "Haber Global": İlham Əliyev liderlərə müraciət edib - VİDEO

613393

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanın Türküstan şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə liderlərə müraciət edib.

Bizim.Media xəbər verir ki, bu barədə "Haber Global" süjet yayımlayıb.

Dövlət başçısı üzv dövlətlər arasında əməkdaşlığın artırılmasının vacibliyini vurğulayıb, Türk dünyasının 21-ci əsrin geosiyasi güc mərkəzlərindən birinə çevrilməli olduğunu bildirib. Dövlət başçısı çıxışında təşkilatın beynəlxalq aləmdə artan gücünə də diqqət çəkib.
 

"Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığımız genişlənir. Cari qlobal geosiyasi şəraitdə Orta Dəhlizin əhəmiyyəti daha da artır. Reallaşmaqda olan Zəngəzur dəhlizi Orta Dəhlizin əsas seqmentlərindən birinə çevriləcək", - deyə Azərbaycan lideri çıxışında qeyd edib.


Prezident İlham Əliyev həmçinin türk dövlətləri ilə rəqəmsal inkişaf sahəsində əməkdaşlığın uğurla davam etdiyini də bildirib.

Dövlət başçısı qeyd eidb ki, layihənin bir hissəsi olan Azərbaycan və Qazaxıstan arasında Trans-Xəzər fiber-optik kabel xəttinin yaxın aylarda xidmətə verilməsi planlaşdırılır. (oxu.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin