“Müsavatın qurultayı ona görə yubanır ki”¦”

Hazırda oxunan: “Müsavatın qurultayı ona görə yubanır ki”¦”

42216

Millət vəkili Zahid Oruc mətbuata açıqlamasında Müsavat Partiyasının qarşıdakı qurultayı ilə bağlı maraqlı fikirlər səsləndirib. Z.Orucun sözlərinə görə, qurultayın vaxtının uzadılmasında maraqlı olan başlıca şəxs Müsavat başqanı İsa Qəmbərdir. Z.Orucun iddiasına görə, İ.Qəmbər bu qurultayın onun başqanlıq erasına son qoyacağını bildiyi üçün prosesləri yubatmağa çalışır.

Bununla bağlı Moderatror.az-ın sualını cavablandıran Müsavat Partiyası başqanının müşaviri Mustafa Hacıbəyli Z.Orucun bu iddiasını qəbul etmədiyini vurğuladı:

“Nizamnamədəki bu dəyişikliklərin təşəbbüskarı İsa Qəmbərin özü olub. Qurultay ona görə yubanır ki, Zahid Orucun müdafiə etdiyi hakimiyyət bunun üçün yer ayırmır. Odur ki, Zahid Orucun bu ittihamını əsassız hesab edirəm”.

 

Seymur Əliyev

 

 

 

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin