Azərbaycan Demokrat Partiyası (ADP) Türkiyənin paytaxtı Ankara şəhərində törədilmiş və çoxlu insan təlafatı ilə müşahidə olunan terror hadisəsindən kədərləndiyini bildirir.xa0
Moderator.az-ın xəbərinə görə, bu barədə partiyanın yaydığı bəyanatda vurğulanır.xa0
Demokrat Partiyası terroru anti-insani və anti-bəşəri hərəkət kimi lənətləyir, Türkiyə Cümhuriyyətinin və Türk xalqının yanında olduğunu bəyan edir: "Bu terror hadisəsi Türkiyənin istər öz sərhəddi daxilində, istərsə də sərhədləri kənarında apardığı anti-terror əməlyyatlarının haqlı olduğunu bir daha sübut edir".xa0
ADP terrora maddi-mənəvi və siyasi dəstək verən bütün güclərin TERRORİZMƏ DƏSTƏK VERƏN GÜCLƏR kimi tanınmasını vacib hesab edir: "Partiya terrorizimin qlobal mahiyyət aldığını və dünya ictimayətini, dünyada sülhü və təhlikəsizliyi təhdid edən qlobal cinayətə çevrildiyini nəzərə alaraq, terrorla bağlı beynəlxalq hüquqda imperativ normaların müəyyən edilməsini vacib hesab edir".xa0
ADP Azərbaycan hakimiyyətini, strateji müttəfiqimiz olan qardaş Türkiyənin anti-terrorla bağlı daxili və xarici siyasətinə hər cür dəstək verməyə çağrır!






















































































