Bunu Şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova 27 Sentyabr – Anım Günü ilə əlaqədar İkinci Fəxri Xiyabanda Bizim.Media-ya açıqlamasında bildirib.
"Polad Həşimov 28 il orduda necə qulluq edib ki, bu gün mənim xalqım ona belə dəyər verir. Mən də buna görə onunla fəxr edirəm".
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 27-si Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin yad edilməsi məqsədilə Anım Günü kimi qeyd edilir.
2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın müasir tarixində mühüm dönüş nöqtəsi olub. Müharibə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə nəticələnib.Vətən müharibəsində 2908 hərbi qulluqçu şəhid olub.
Fəridə, Ayşəm, Bizim.Media





































































































