Prezidentin təltif etdiyi gənclərlə tanış olun - FOTO

Hazırda oxunan: Prezidentin təltif etdiyi gənclərlə tanış olun - FOTO

593652

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev 2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən bəzi şəxslərə 2026-cı il Gənclər üçün Prezident mükafatları verilib.

Bizim.Media Qafqazinfo-ya istinadən təltif edilən gənclərdən bəziləri haqda məlumatları təqdim edir:

Prezident mükafatına layiq görülən gənclərdən biri “Regional İnkişaf” İctimai Birliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri Gülbağda Leysanova-Hacıyevadır.

Prezidentin təltif etdiyi gənclərlə tanış olun - FOTO - foto 1


Prezident Sərəncamı ilə təltif olunan gənclərimizin sırasında DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin təlimçisi, II dərəcə əlilliyi olan görmə məhdudiyyətli ifaçı Səməd Novruzov da var.

Prezidentin təltif etdiyi gənclərlə tanış olun - FOTO - foto 2


Mükafata layiq görülən gənclərdən biri də BDU-nun SABAH qruplarının məzunu Lamiyə Məmmədovadır. O, hazırda Qarabağ Universitetində çalışır.

Prezidentin təltif etdiyi gənclərlə tanış olun - FOTO - foto 3


Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Mexanika kafedrasının müəllimi Mahmud İsmayılov da təltif olunanlar arasındadır. O, həmçinin “TEKNOFEST Azərbaycan robototexnika” yarışının qalibi, IDDA & KOICA proqramının ən yaxşı təlimçisi, 13 elmi məqalə müəllifidir.

Prezident mükafatına layiq görülən gənclər biri də opera ifaçısı Elmina Həsənovadır. O, 2024-cü ildə Hindistanın Mumbay şəhərində keçirilən mötəbər beynəlxalq opera ifaçılığı müsabiqəsində ikinci yerə çıxıb və “Pepita Embil” mükafatına layiq görülüb.

Prezidentin təltif etdiyi gənclərlə tanış olun - FOTO - foto 4


Təltif olunan gənclərdən biri də Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Baş katibi Leyla Həsənovadır.

Prezidentin təltif etdiyi gənclərlə tanış olun - FOTO - foto 5


Azərbaycanın gənc opera müğənniləri nəslinin nümayəndələrindən biri olan Mahir Tağızadə də təltif olunanlar sırasındadır. O, güclü bariton və zəngin səhnə ifaçılığı ilə həm ölkə daxilində, həm də xaricdə tanınır.

Prezidentin təltif etdiyi gənclərlə tanış olun - FOTO - foto 6


Həmin gənclərin siyahısında Sərxan Ağadadaşovun da adı var. O, Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin Milli Aviasiya Akademiyasının “Pilotsuz uçuş aparatları” qrupunun qrup rəhbəridir.

Prezidentin təltif etdiyi gənclərlə tanış olun - FOTO - foto 7


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin