Fərid Qayıbov Macarıstanın müdafiə nazirini qəbul edib - FOTO 

Hazırda oxunan: Fərid Qayıbov Macarıstanın müdafiə nazirini qəbul edib - FOTO 

140340

Gənclər və idman naziri (AGIN) Fərid Qayıbov Macarıstanın müdafiə naziri Kristof Salay-Bobrovnitski və rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. 

AGİN-in mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, qonaqları salamlayan nazir onları Azərbaycanda görməkdən məmnun olduğunu bildirib, ölkənin gənclər siyasəti və idman uğurları barədə məlumat verib. 

Kristof Salay-Bobrovnitski səmimi qəbula görə təşəkkürünü bildirib və dövlətlər arasında əlaqələrin mehriban dostluq münasibətlərinə əsaslandığını vurğulayıb. 

Görüş zamanı iki ölkə arasında idman və gənclər sahəsində əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub. 

Fərid Qayıbov Macarıstanın müdafiə nazirini qəbul edib - FOTO  - foto 1
Fərid Qayıbov Macarıstanın müdafiə nazirini qəbul edib - FOTO  - foto 2
Fərid Qayıbov Macarıstanın müdafiə nazirini qəbul edib - FOTO  - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin