AzTV “Tariximizlə qürur duyuruq” adlı yeni silsilə filmlər layihəsinə start verib. Layihənin ilk ekran işi “Sultan Həsən Bahadur” adlanıb.
Bizim.Media xəbər verir ki, film Ağqoyunlu dövlətinin görkəmli hökmdarı, tarixə Uzun Həsən kimi düşən qüdrətli sərkərdənin hakimiyyət dövrünü, həyat yolunu və hərbi uğurlarını əhatə edir.
Eyni zamanda, ekran əsərində onun anası Sara Xatunun dövrünün nüfuzlu dövlət xadimi kimi fəaliyyəti və siyasi müdrikliyi də xüsusi diqqət mərkəzində təqdim olunur.
“Tariximizlə qürur duyuruq” layihəsi Azərbaycan efir məkanında bir yeniliyə də imza atıb. Belə ki, “Sultan Həsən Bahadur” filmi bədii təsvir baxımından 100 faiz süni zəka texnologiyaları vasitəsilə hazırlanmış ilk tarixi ekran əsəridir.
Filmin ssenari müəllifləri Sərvər Bayramov, Mahir Qəribov və Sevda Hüseyndir. Layihənin məsləhətçisi isə tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədovdur.
Layihənin əsas məqsədi Azərbaycan tarixinin mühüm şəxsiyyətlərini və şanlı keçmişini müasir təqdimat üslubunda geniş auditoriyaya çatdırmaqdır.
Bizim.Media

- A-
- A
- A+
Mədəniyyət
10:40 / 16.04.2026
Azərbaycanda süni intellekt vasitəsilə ilk tarixi film – VİDEO
Hazırda oxunan: Azərbaycanda süni intellekt vasitəsilə ilk tarixi film – VİDEO
Hazırda oxunan: Azərbaycanda süni intellekt vasitəsilə ilk tarixi film – VİDEO
607426
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































