Fişəng zavodundakı yanğında ölənlərin sayı 13-ə yüksəldi

Hazırda oxunan: Fişəng zavodundakı yanğında ölənlərin sayı 13-ə yüksəldi

639296

Rusiyanın Yaroslavl vilayətində pirotexnika müəssisəsində baş verən yanğın nəticəsində həlak olanların sayısı 13 nəfərə çatıb. 

Bizim.Media xəbər verir ki, bu barədə TASS operativ xidmətlərə istinadən məlumat yayıb.

Agentliyə verilən məlumatda bildirilib:

“Yanğın nəticəsində 13 nəfər həyatını itirib, müəssisədə ümumilikdə 15 nəfər olub”.

İlkin olaraq xilasedicilər uçmuş konstruksiyaların sökülməsi zamanı beş nəfərin meyitini aşkar etmişdilər. Müəssisədəki yanğın artıq lokallaşdırılıb.

Alovun söndürülməsi ilə 100-dən çox fövqəladə hallar xidmətinin əməkdaşı və 40 ədəd xüsusi texnika məşğul olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin