"Al Hadath": İran uranın zənginləşdirilməsini dayandırmağa RAZILIQ VERDİ

Hazırda oxunan: "Al Hadath": İran uranın zənginləşdirilməsini dayandırmağa RAZILIQ VERDİ

639295

İran ABŞ tərəfindən sanksiyaların yumşaldılması müqabilində uranın zənginləşdirilməsini müvəqqəti dayandırmağa razı olub.

Bizim.Media xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı Pakistandakı mənbələrinə istinadən xəbər verir. 

Telekanalın məlumatına görə, bu razılaşma İran-ABŞ danışıqlarında iştirak edən vasitəçilərin  köməkliyi sayəsində əldə edilib. Rəsmi Tehran hələlik bu məlumatı şərh etməyib.
 

Bundan əvvəl, sentyabrın 28-də "Axios" nəşrinin və İsrail televiziyasının 12-ci kanalının müxbiri Barak Ravid amerikalı rəsmiyə istinadən bildirmişdi ki, ABŞ Prezidenti Donald Tramp İrana qarşı sanksiyaları yumşaltmağa və İranın dondurulmuş aktivlərini sərbəst buraxmağa hazırdır.


Onun verdiyi məlumata görə, bu, Tehranın Vaşinqtonun nüvə proqramı ilə bağlı tələblərini yerinə yetirməsi müqabilində mümkündür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin