Türkiyədə Nazirlər Kabinetinin iclası başlayıb

Hazırda oxunan: Türkiyədə Nazirlər Kabinetinin iclası başlayıb

639253

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabineti toplanıb. 

Bizim.Media bu barədə “HaberGlobal”a istinadla xəbər verir. 

İclasın əsas gündəm mövzuları arasında İstanbulda aparılan fond araşdırması, "Terrorsuz Türkiyə" prosesindəki son hadisələr və xarici siyasət yer alır.

Kabinetin iclasında kapital bazarlarındakı əməliyyatlarla bağlı aparılan təhqiqatın son vəziyyəti qiymətləndiriləcək.
 

İstanbul Respublika Baş Prokurorluğu tərəfindən aparılan təhqiqat çərçivəsində daha əvvəl 46 hüquqi şəxs, 18 fond və 42 fiziki şəxs olmaqla ümumilikdə 106 şəxs və qurumun əmlakına qarşı məhdudlaşdırıcı tədbirlərin tətbiq edilməsi tələb olunmuşdu. Son olaraq isə 45 şirkət və 19 fondun üzərindəki əmlak məhdudiyyətləri ləğv edilib.


Təhqiqat çərçivəsində pul hərəkətlərinin və kapital bazarı əməliyyatlarının yoxlanılması istiqamətində işlər davam edir.

Maliyyə Cinayətlərini Araşdırma Qurumundan (MASAK) da bəzi şirkətlərin rəhbərləri və onlarla əlaqəli şəxslərin maliyyə hərəkətlərinə dair yeni araşdırmaların aparılması tələb olunub.

Nazirlər Kabinetinin iclasından sonra Türkiyə liderinin ictimaiyyətə açıqlamalar verəcəyi gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin