Fransua Olland yenidən Fransa prezidenti olmaq istəyir

Hazırda oxunan: Fransua Olland yenidən Fransa prezidenti olmaq istəyir

639285

Fransanın eks-prezidenti Fransua Olland 2027-ci ildə keçiriləcək prezident seçkilərində iştirak edə biləcəyini bəyan edib.

Bizim.Media xəbər verir ki, bu barədə o, İtaliyanın "Repubblica" qəzetinə verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, söhbət revanş almaq və ya hakimiyyəti geri qaytarmaq istəyindən getmir.

Əsas məsələ ölkəyə kimin rəhbərlik edib onu birləşdirə biləcəyi və fransızlara gələcəyə inamı yenidən necə qaytaracağıdır.

“Prezident seçkilərində iştirak etmək — xüsusilə də keçmiş dövlət başçısı üçün — yüngül qəbul edilməməli olan bir qərardır. Mən bu addımı yalnız müstəsna hallarda ata bilərdim. Özümü sadəcə iştirak xatirinə birinci turda yarışan namizəd kimi təsəvvür etmirəm, ikinci tura yüksəlmək və seçkilərdə qalib gəlmək istəyirəm. Məhz belə bir imkanın olub-olmamasından çıxış edərək yekun qərarımı verəcəyəm”, — deyə o qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin