İndoneziyada Papandayan vulkanı nadir MAVİ ALOVLA püskürdü - VİDEO

Hazırda oxunan: İndoneziyada Papandayan vulkanı nadir MAVİ ALOVLA püskürdü - VİDEO

639290

İndoneziyanın Yava adasındakı Papandayan vulkanı, tərkibindəki yüksək vulkanik qaz konsentrasiyası səbəbindən parlaq mavi alovla püskürüb.

Bizim.Media xəbər verir ki, bu barədə İndoneziya Geologiya Agentliyinə istinadən "Antara" agentliyi məlumat yayıb.

Nadir rast gəlinən bu parıltı sentyabrın 24-də Manuk kraterində müşahidə olunub.

Mütəxəssislərin fikrincə, buna səbəb yüksək temperaturlu kükürd tərkibli qazın ifraz olunmasıdır ki, bu qaz oksigenlə təmasda olduqda alovlanaraq alova özünəməxsus mavi rəng verir. 

Aparılan ölçmələr nəticəsində kükürd dioksidinin (SO₂) konsentrasiyası 230 ppm, hidrogen sulfidin (H₂S) səviyyəsi isə 120 ppm olaraq qeydə alınıb. Bu göstəricilər təhlükəsizlik hədlərini aşır və insanlar üçün ciddi təhlükə yaradır.
 

Mavi parıltının intensivliyi sonradan azalsa da, vulkanik qazlar hələ də təhlükə mənbəyi olaraq qalır. Manuk krateri əsas turist marşrutunun və düşərgə zonasının yaxınlığında yerləşdiyi üçün hakimiyyət orqanları aktiv kraterlərə girişi məhdudlaşdırıb. Turistlərin və yerli sakinlərin kraterlərə 500 metrdən daha yaxın məsafəyə yaxınlaşması qadağan edilib.


Kükürd tərkibli qazların yanması nəticəsində yaranan mavi alov parıltısı nadir təbiət hadisəsi hesab olunur və bu hadisəyə yalnız aktiv vulkanik fəaliyyət zonalarında rast gəlmək mümkündür.


Bizim.Media        

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin