Rayonlara sərnişin daşıyan sürücülərin DİQQƏTİNƏ: Cərimə oluna bilərsiniz

Hazırda oxunan: Rayonlara sərnişin daşıyan sürücülərin DİQQƏTİNƏ: Cərimə oluna bilərsiniz

639236

Şəhərlərarası və rayonlararası sərnişin daşımaları həyata keçirən avtobus sürücüləri biletsiz daşınmaya görə cərimələnə bilərlər. 

Bizim.Media xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin 320.2. bəndinə görə, şəhərlərarası (rayonlararası) sərnişin daşımaları yerinə yetirən avtobusda sərnişinin biletsiz aparılmasına görə 30 məbləğində cərimə edilir. 
 

Hazırda quru yollar bağlı olsa da, sürücülərin məlumatlı olmağında fayda var, çünki 320.3. bəndinə əsasən beynəlxalq marşrut üzrə hərəkət edən avtobusda sərnişinin biletsiz aparılmasına görə 40 manat məbləğində cərimə edilir.


Bu səbəbdən sərnişin daşımaları ilə məşğul olan sürücülərin müəyyən edilmiş qaydalara əməl etmələri və sərnişinlərin gediş haqqını müvafiq qaydada ödəmələrinə diqqət yetirmələri tələb olunur.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin