"Sumqayıt" klubu amerikalı basketbolçu transfer edib.
Bizim.Media xəbər verir ki, "Gənclik şəhəri" təmsilçisindən verilən məlumata görə, komanda 27 yaşlı hücumçu Malek Qrinlə mövsümün sonuna qədər anlaşıb.
201 sm boya malik oyunçu son olaraq ABŞ-nin "Younqstovn Steyt" komandasında çıxış edib.
Qrin bu komandada keçirdiyi son mövsümündə 10,1 xal və 5,7 ribaundla yadda qalıb.
Bundan başqa, oyunçu Lüksemburq, Vyetnam, Xorvatiya, İngiltərə və Almaniya çempionatlarında da çıxış edib.
Bizim.Media

- A-
- A
- A+
İdman
19:44 / 28.09.2026
"Sumqayıt" amerikalı basketbolçunu transfer etdi
Hazırda oxunan: "Sumqayıt" amerikalı basketbolçunu transfer etdi
Hazırda oxunan: "Sumqayıt" amerikalı basketbolçunu transfer etdi
639265
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































