ABŞ Federal Təhqiqat Bürosunun (FTB) direktor müavini Endryu Beyli istefa verdiyini elan edib.
Bizim.Media xəbər verir ki, o, bu qərarı barədə "X" sosial şəbəkəsində məlumat paylaşıb.
“Nəyə nail olduğumuzla böyük qürur duyaraq, vəzifəmdən ayrıldığımı və Missuridəki ailəmin yanına qayıtdığımı bəyan edirəm”, - deyə Beyli paylaşımında qeyd edib.
O, həmçinin əminliklə ifadə edib ki, FTB direktoru Keş Patel idarədəki islahatları, zorakı cinayətkarlığa qarşı mübarizəni, ölkənin müdafiəsini davam etdirəcək və təşkilati hesabatlılığı artıracaq.
Qeyd edək ki, Beyli FTB direktorunun müavini vəzifəsini 2025-ci ilin fevralından bəri icra edirdi.
Bizim.Media






























































































