"Tiktok"da canlı yayımda söyüş söyənlər saxlanıldı

Hazırda oxunan: "Tiktok"da canlı yayımda söyüş söyənlər saxlanıldı

639278

Sosial şəbəkələrdə qeyri-etik hərəkətlər edənlər saxlanılıb.

Bizim.Media “modern.az”a istiandla xəbər verir ki, 47 yaşlı Zakir Musayev (şərti adla) "tiktok" sosial şəbəkəsində özünə məxsus səhifədə canlı yayım açıb.

Bu zaman o, nalayiq ifadələr işlədib və bununlar da ictimai mənəviyyatı təhqir edən əməllərə yol verib. Bundan başqa, 24 yaşlı Cahid Bəkirov (şərti adla) da həmin sosial şəbəkədə canlı yayım açan "tiktoker"ə nalayiq rəylər yazıb.
 

Fakt əsasında Z. Musayev və C. Bəkirov polis əməkdaşları tərəfindən saxlanılaraq, barələrində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (internet informasiya ehtiyatında və ya informasiyatelekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsilə protokol tərtib olunub.


Məhkəmənin hökmü ilə Zakir Musayev 500, Cahid Bəkirov isə 700 manat məbləğində inzibati qaydada cərimələniblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin