Altı il əvvəl Vətən müharibəsində şəhid olan Yaşar Xudayev, İsmət Hacıyev və Miqdad Abduləlimov Qubanın Vətən müharibəsində verdiyi ilk şəhidlər olublar. Onların döyüş yolu, göstərdikləri igidlik və Vətən uğrunda verdikləri ən böyük fədakarlıq bu gün də doğmaları üçün həm sonsuz kədər, həm də qürur mənbəyidir. Aradan illər keçsə də, şəhidlərin adı yaddaşlardan silinmir, qəhrəmanlıqları nəsildən-nəslə ötürülür.
21 yaşında şəhid olan Yaşar Xudayevin atası Əli Xudiyev deyir ki, evin tək oğlu olan Yaşarın hərbi xidmətdən tərxis olunmasına cəmi üç ay qalmışdı. Oğlunun qəhrəmancasına şəhid olması ailəsi üçün ağır olsa da, Yaşarın atası belə bir övlad böyütdüyü üçün qürur hissi keçirdiyini deyir.
Ətraflı Bizim.Media-nın videosüjetdə:
Aytəkin Alxaslı, Ələkbər Babayev, Bizim.Media, Şimal bürosu

- A-
- A
- A+
Cəmiyyət
20:00 / 28.09.2026
Qubanın ilk şəhidlərinin Vətənə əmanət qalan HEKAYƏSİ - VİDEOREPORTAJ
Hazırda oxunan: Qubanın ilk şəhidlərinin Vətənə əmanət qalan HEKAYƏSİ - VİDEOREPORTAJ
Hazırda oxunan: Qubanın ilk şəhidlərinin Vətənə əmanət qalan HEKAYƏSİ - VİDEOREPORTAJ
639245
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































