SOCAR və MAIRE neft-kimya sahəsində əməkdaşlığı genişləndirəcək - FOTO

Hazırda oxunan: SOCAR və MAIRE neft-kimya sahəsində əməkdaşlığı genişləndirəcək - FOTO

639283

Sentyabrın 28-də SOCAR-ın prezidenti Rövşən Nəcəf “MAIRE Group”un baş icraçı direktoru Alessandro Bernini ilə görüşüb.

Bizim.Media xəbər verir ki, SOCAR-dan verilən məlumata görə, görüşdə Azərbaycan ilə İtaliya arasında enerji sektorunda əlaqələrin dinamik inkişaf etdiyi bildirilib.

SOCAR-ın İtaliyadakı fəaliyyətinin, o cümlədən “Italiana Petroli” şirkətinin səhmlərinin alınmasının iki ölkə arasındakı uğurlu əməkdaşlığın təzahürü olduğu vurğulanıb.

Söhbət zamanı SOCAR ilə MAIRE şirkəti arasında ötən illər ərzində neft emalı və neft-kimya sənayesində formalaşmış səmərəli tərəfdaşlıqdan məmnunluq ifadə olunub.

Tərəflər neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivlərini, eləcə də qarşılıqlı maraq doğuran istiqamətlər üzrə yeni birgə layihələrin həyata keçirilməsi imkanlarını müzakirə ediblər.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin