Şuşada minaya düşən şəxsin vəziyyəti AÇIQLANDI

Hazırda oxunan: Şuşada minaya düşən şəxsin vəziyyəti AÇIQLANDI

639288

İşğaldan azad edilmiş Şuşa rayonunun Cəmillər kəndi ərazisində baş verən mina partlayışı zamanı xəsarət alan 1979-cu il təvəllüdlü şəxs (kişi) 28.09.2026-cı il tarixində saat 10:20 radələrində Mərkəzi Neftçilər Xəstəxanasının Qəbul şöbəsinə hospitalizasiya olunub.

Bizim.Media xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, aparılan müayinələr zamanı pasiyentə təpə nahiyəsinin kəsilmiş yarası, L1 fəqərənin köndələn çıxıntısının minimal sınığı, döş sümüyünün xətti sınığı, bədənin müxtəlif nahiyələrində sıyrıqlar və sağ yuxarı ətrafda I dərəcəli yanıq diaqnozları təyin edilib.

Pasiyentə zəruri tibbi yardım göstərilib. Hazırda vəziyyəti kafi qiymətləndirilir və müalicəsi Ümumi cərrahiyyə və orqan transplantasiyası şöbəsində davam etdirilir. (apa.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin