Dünya üzrə Facebook sosial şəbəkəsi istifadəçilərinin sayı artmaqda davam edir.
Moderator.az xəbər verir ki, bu barədə şəbəkənin sahibi Mark Zuckerberg öz Facebook səhifəsində paylaşdığı statusunda bildirib.
Facebookla yanaşı Whatsapp, Messenger və İnstagram sosial şəbəkələrinin rəhbəri olan M.Zuckerberg qeyd edir ki, biz artıq rüblük mənfəətimiz və genişlənmə səviyyəsi haqqında ictimaiyyətə məlumat vermişik. “Bizim icma artıq 1,49 milyard insandan ibarətdir. 1876-cı ildə ilk telefon zəngi zamanı dünyada 1,49 milyard əhali yaşayırdı. Dünya hər yeni nəsildə bir-birinə daha da yaxınlaşır. Bir gün bizim şəbəkə hər kəsi bir-biri ilə birləşdirəcək. Bizim şəbəkənin və bizim missiyanın bir hissəsi olduğunuz üçün təşəkkürlər”x9d ”“ deyə M.Zuckerber öz statusunda yazır. Sonda o, şəbəkələrin istifadəçi saylarını göstərib. Belə ki, hazırda dünyada Facebook-dan 1,49 milyard, Whatsapp-dan 800 milyon, Messenger-dən 700 milyon, İnstagram-dan isə 300 milyon insan istifadə edir.








































































































