Bu günün tarixi (23.02.2014)

Hazırda oxunan: Bu günün tarixi (23.02.2014)

42121
Miladi: 22 fevral 2014
Hicri: 22 rəbiul axir 1435

İlin 54-cü günü
İlin sonuna 311 gün qalır

Bu günün namaz vaxtları :

Fəcr - 06.15 
Günəş - 07.25
Zöhr - 12.58
Əsr - 16.23
Məğrib - 18.38
İşa - 19.54

23 fevral

1909 - Azərbaycan ədəbiyyatı tarixinin görkəmli tədqiqatçısı, akademik Həmid Məmmədtağı oğlu Araslı (1909 - 20.11.1983) Gəncədə anadan olub.

* * *

1911 - Xalq artisti, rejissor, Azərbaycan musiqili teatrının yaradıcılarından biri Şəmsi Bədəl bəy oğlu Bədəlbəyli (1911 ”“ 23.5.1986) Şuşada anadan olub. Azərbaycan Dövlət Dram Teatrında rejissor (1932-1942), Musiqili Komediya Teatrında bədii rəhbər və direktor (1943-1949, 1956-1961, 1963-1974), Filarmoniyanın bədii rəhbəri və direktoru olub (1974-1976).

* * *

1918 - Tiflisdə Zaqafqaziya Seyminin ilk iclası keçirilib. Seymdəki üç əsas partiya - gürcü sosial-demokratlar (menşeviklər) 32, «Müsavat» partiyası 30, ermənilərin «Daşnaksütyun» partiyası 27 deputatla təmsil olunmuşdu.
Bundan savayı, Seymdə gürcü və ermənilərin bir neçə kiçik partiyası, həmçinin azərbaycanlı (müsəlman) deputatların «İttihad», «Hümmət», müsəlman sosialistlər qrupları (14 nəfər) yer almışdı.
Azərbaycanlı deputat fraksiyasına (44 nəfər) «Müsavat»ın lideri Məhəmməd Əmin Rəsulzadə başçılıq edirdi.

* * *

1943 - Şair, publisist Səyavuş Əli oğlu Sərxanlı (1943-2005) anadan olub.

* * *

1990 - Ermənistan SSR-in Mərkəzi Seçki Komissiyası respublika Ali Sovetinə seçkilərlə bağlı Dağlıq Qarabağda seçki dairələrinin yaradılması barədə qərar qəbul edib.
SSRİ-nin bir müttəfiq respublikasının digərinin suverenliyinə bu cür kobud müdaxiləsi Moskva tərəfindən gözardı edildi.
Bundan ruhlanan ermənilər həmin ilin sentyabrında Dağlıq Qarabağda Azərbaycan parlamentinə seçkilərin keçirilməsinə imkan vermədilər.

* * *

2001 - Milli Məclisdə ölkə rəhbərliyinin, siyasi qüvvələrin, politoloqların iştirakı ilə Dağlıq Qarabağ münaqişəsinə dair açıq müzakirələr başlanıb.
İki gün sürən müzakirələrin yekunu olaraq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyündən kənarda həll yolunun olmadığı bir daha vurğulanıb.
Müxalifət tərəfindən ölkə rəhbərliyinin apardığı danışıqlar kursuna alternativ olaraq heç nə təklif edilməyib.


* * *
2003 ”“ Görkəmli aktyor, Xalq artisti Həsənağa Turabov (24.3.1938 - 2003) vəfat edib.
1960-cı ildən ömrünün sonuna qədər Akademik Dram Teatrında çalışıb, 1987-2001-ci illərdə teatra rəhbərlik edib.
Bir çox filmlərdə (“Yeddi ogul istərəm”, “Babək”, “Qəm pəncərəsi” və s.) unudulmaz obrazlar yaradıb, rejissor kimi “Qaçaq Nəbi” (“Atları yəhərləyin”) filmini çəkib.
Zamir Erkin AGAZADE
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin