"Nənəm "hinduşka"ları satdı, 100 dollara məni salona işə düzəltdi"

Hazırda oxunan: "Nənəm "hinduşka"ları satdı, 100 dollara məni salona işə düzəltdi"

634796

Mərhum Xalq artisti, aktyor Ramiz Novruzun qızı, tanınmış stilist Şəfəq Novruz sənətə gəlişindən və keçmişdə yaşadığı çətinlikləri dilə gətirib.

Bizim.Media xəbər verir ki, stilist ailəsinin həmin dövrdə yaşadığı maddi çətinlikləri bölüşüb.

Şəfəq atası Ramiz Novruzun aktyor işlədiyini, həmin illərdə aktyorların maaşının isə çox aşağı olduğunu bildirib:
 

"O vaxt atam aktyor işləyirdi. Aktyorların maaşları çox az idi. Nənəm hinduşkaları satdı, 100 dollara məni salonların birinə qoydu ki, mən bu sənəti öyrənim. Mən də orada bütün ustaların əlinə baxa-baxa öyrəndim. Çox çətinliklə gəlmişəm".


Şəfəq Novruz bildirib ki, indiki dövrdə sosial media sayəsində gənclərin öz əl işlərini daha asan nümayiş etdirməsi və qısa zamanda tanınması mümkündür. Onun sözlərinə görə, əvvəlki illərdə isə sənətdə tanınmaq və özünü təsdiqləmək daha çətin olub. (milli.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin