Türkiyənin məşhur "Kurtlar Vadisi" serialının əfsanəvi personajı “Tombalacı Mehmet”in Beykozda yerləşən evi illər sonra gündəmə çevrilib. Ən yaddaqalan səhnələrdən bəzilərinin yer aldığı nəhəng malikanə satışa çıxarılıb.
Bizim.Media xəbər verir ki, “Tombalacı Mehmet”in nəhəng villasının qiyməti isə hər kəsi təəccübləndirib.
Əmlak 384 milyon TL-yə (təxminən 13 milyon 478 min manat) satışa çıxarılıb.
Mahmutşevketpaşa ərazisində yerləşən bu malikanədə hər şey var. Geniş bir ərazidə inşa edilən villa 1596 kvadrat metrlik ayrıca bir torpaq sahəsində yerləşir. Ümumi istifadəyə yararlı sahəsi 1600 kvadrat metrdir.
40 avtomobillik qaraj, açıq üzgüçülük hovuzu, türk hamamı, idman qurğuları və saunadan ibarət nəhəng əmlakı görənlər qiymətə inana bilmirlər. Qiymət tez bir zamanda sosial mediada müzakirə mövzusuna çevrilib.



Bizim.Media



































































































