Rəqqasə Rəna Ağamuradova (Renka) ailə qurmaq istəməməsi ilə bağlı fikirlərini tənqid edənlərə cavab verib.
Bizim.Media xəbər verir ki, sosial şəbəkədə onun fikirlərinə münasibət bildirən izləyicilərdən birinə cavab yazıb.
Renka instaqram səhifəsində şərhlərə "Ən əsası, mən heç kimin ailəsini dağıtmıram, başqasının ərinə "ər" demirəm. Amma doğrudan istəmirəm evlənməyi. Ailə adamı deyiləm. Bütün gün ər baxım, yemək bişirim, paltarını yuyum, həm də uşaq doğa bilmərəm. Bu yaşdan sonra..." cavabını verib.
Qeyd edək ki, Rəna Ağamuradova daha əvvəl də şəxsi həyatı və evliliklə bağlı fikirləri ilə gündəmə gəlib. (Axşam.az)
Bizim.Media





































































































