Niyaməddin Musayev sosial şəbəkələrdə yayılan görüntüsündən DANIŞDI

Hazırda oxunan: Niyaməddin Musayev sosial şəbəkələrdə yayılan görüntüsündən DANIŞDI

634275

Xalq artisti Niyaməddin Musayev sosial şəbəkələrdə yayılan görüntülərinə aydınlıq gətirib.

Bizim.Media xəbər verir ki, müğənni “qaynarinfo.az”a açıqlamasında görüntünün fotoshop olmadığını bildirib:
 

“Özüməm, həmin Niyaməddin Musayev. Heç bir fotoshop deyil. Üzümə işıq salıblar. Həm də çox çəki atmışam, arıqlamışam. Müğənninin səhnə görkəmi yerində olmalıdır. Əgər səhnə görkəmin yoxdursa, çıxma, oxuma. Qarnın qabağa çıxır, pencəyin düymələnmir, pis görünür.


Səhnə mədəniyyəti, səhnə görkəmi deyilən bir şey var. Əməliyyat-zad etdirməmişəm. Kim məni görmək istəyirsə, görə bilər. Bütün günü idmanla məşğul oluram”.

Niyaməddin Musayev əvvəl çəkisinin 83 kiloqram olduğunu xatırladıb:

“Sonra 73 kilo oldum. Həmin vaxt da qarşıma məqsəd qoydum ki, daha 10 kilo arıqlayım. Hazırda 68 kiloyam. Qaçıram, bütün günü idman salonlarındayam. İnsan yaşa dolduqca idman etməlidir, hərəkət çox vacibdir. Üzümdə qırış-zad yoxdur”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin