“Qayınanamın əlində olsa, ayaqlarını başıma qoyardı” - FOTO

Hazırda oxunan: “Qayınanamın əlində olsa, ayaqlarını başıma qoyardı” - FOTO

632667

Aktrisa Cəmilə Tağıyeva sosial mediada yazdığı şərhlə diqqət çəkib.

Bizim.Media xəbər verir ki, sənətçi qayınanası ilə bağlı izləyicilərindən birinin paylaşımına münasibət bildirib. O, şərhində qeyd olunan qayınana obrazının öz qayınanasına bənzədiyini yazıb.
 

“Bu qayınananın türk versiyası məndə var, eynisidir. O, artıq həyasızcasına həmişə maşında qabaqda oturub, hələ ayaqlarını da uzadırdı. Pəncərədən əlində olsa, ayaqlarını təpəmə qoyardı”, - deyə Cəmilə bildirib.


Aktrisa fikrini yumorla davam etdirərək “Yəni, betərin betəri də var” sözlərini əlavə edib.

Qeyd edək ki, Cəmilə Türkiyə vətəndaşı ilə ailəli olub və ayrılıb. Onun bu nikahdan bir övladı var. (axşam.az)



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin