Kristofer Nolanın filmi rekord gəlirlə tarixə düşdü

Hazırda oxunan: Kristofer Nolanın filmi rekord gəlirlə tarixə düşdü

632628

Kristofer Nolanın rejissoru olduğu "Odisseya" filmi böyüklər üçün nəzərdə tutulan R reytinqli filmlər arasında ən yüksək gəlir gətirən ekran əsəri olub.

Biim.Media xəbər verir ki, bu barədə "Variety" nəşri məlumat yayıb.

Film dünya üzrə 1,352 milyard dollar gəlir əldə edib.

Beləliklə, ekran işi 2024-cü ildə yayımlanan "Deadpool & Wolverine" filminin rekordunu geridə qoyub. Sözügedən ekran işi dünya üzrə 1,338 milyard dollar gəlir toplamışdı.
 

Film iyulun 17-də kinoteatrlarda nümayişə çıxıb və ilk həftəsonunda 123 milyon dollar gəlir əldə edib. Hazırda ekran əsərinin ABŞ-dəkı gəliri 516 milyon, dünya üzrə gəliri isə 835 milyon dollar təşkil edir.


"Odisseya" ətrafında böyük marağın yaranmasında IMAX nümayişlərinin də xüsusi payı olub. Bu format filmə 354 milyon dollar gəlir qazandırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin