Roberto Karlosdan İslamı qəbul etməsi iddialarına REAKSİYA

Hazırda oxunan: Roberto Karlosdan İslamı qəbul etməsi iddialarına REAKSİYA

632062

Braziliya futbolunun əfsanəsi Roberto Karlos son günlər sosial mediada yayılan “İslamı qəbul edib” iddialarına münasibət bildirib.

Bizim.Media xəbər verir ki, veteran futbolçu “Okaz” nəşrinə müsahibəsində sözügedən xəbərləri təkzib edib.

O, İslama və müsəlmanlara böyük hörmət bəslədiyini, lakin özü müsəlman olmadığını bildirib.

Roberto Karlos həyat yoldaşının müsəlman olduğunu və onun ibadətinə hörmətlə yanaşdığını deyib.

“Həyat yoldaşımın namaz qıldığını görmək çox xoşdur, amma İslamı qəbul etdiyimlə bağlı şayiələr doğru deyil”, – deyə futbolçu bildirib.

Xatırladaq ki, bir müddət əvvəl Roberto Karlosun İslamı qəbul etməsi ilə bağlı xəbərlər yayılmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin