Türkiyənin məşhur “Yaprak Dökümü” serialının baş qəhrəmanlarından olan Ali Rza bəy obrazının ifaçısı, aktyor Halil Ergün illər sonra serialın çəkildiyi tarixi malikanəni ziyarət edib.
Bizim.Media xəbər verir ki, fotoqraf və kontent yaradıcısı Murad Salahlı aktyorla birlikdə serialın çəkildiyi Beylerbəyində yerləşən məşhur taxta malikanəyə gedib.
Çəkilişlərin başa çatmasından 16 il sonra baş tutan ziyarət Halil Ergünü olduqca duyğulandırıb. Aktyor malikanənin həyətinə daxil olduqdan sonra serialda Ali Rza bəyin ailəsi ilə birlikdə yaşadığı otaqları gəzib, keçmiş günləri xatırlayıb.
O, serialın məşhur səhnələrinin çəkildiyi pilləkənlərdə dayanıb, eyvandan həyətə baxıb və malikanənin müxtəlif guşələrində xatirələrini yada salıb.
Halil Ergün bildirib ki, malikanə onun üçün sadəcə çəkiliş məkanı olmayıb. Təxminən 5 il davam edən intensiv çəkilişlər zamanı bu məkan onun üçün ikinci evə çevrilib. Aktyor malikanənin hər küncündə ayrıca bir xatirəsinin olduğunu vurğulayıb.
Qeyd edək ki, “Yaprak Dökümü” türk televiziya tarixinin ən çox izlənilən və yadda qalan seriallarından biridir.
Serialın çəkilişlərinin başa çatmasından uzun illər keçməsinə baxmayaraq, ekran əsərinin çəkildiyi məkanlar hələ də tamaşaçıların böyük marağına səbəb olur. (Axşam.az)
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
15:05 / 11.08.2026
“Yaprak dökümü”nün Ali Rza bəyi 16 il sonra həmin malikanədə
Hazırda oxunan: “Yaprak dökümü”nün Ali Rza bəyi 16 il sonra həmin malikanədə
Hazırda oxunan: “Yaprak dökümü”nün Ali Rza bəyi 16 il sonra həmin malikanədə
630501
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































