Fahriye Evcen və Burak Özçivit rekord qonorarla ekranlara qayıdır

Hazırda oxunan: Fahriye Evcen və Burak Özçivit rekord qonorarla ekranlara qayıdır

630485

Məşhur aktyorlar Fahriye Evcen və Burak Özçivit cütlüyünün yeni mövsümdə rekord qonorarla ekranlara qayıdacağı iddia edilib. İkilinin bölüm başına alacağı ödənişlər də gündəmə gəlib. Aktyorların hər bölüm üçün milyonlarla lirə qazanacağı bildirilir.

Bizim.Media xəbər verir ki, maqazin dünyasının diqqət çəkən cütlüklərindən olan Fahriye Evcen və Burak Özçivit uzun müddətdir birlikdə ekran qarşısına çıxmamaları ilə gündəmdədir.

İndi isə onların yeni mövsümdə fərqli layihələrdə, ər-arvad kimi ekranlara qayıdacağı iddia olunur. Məlumata görə, uzun fasilədən sonra "Hamal" serialı ilə ekranlara dönən Fahriye Evcenin bölüm başına 2,5 milyon TL qazanacağı, Burak Özçivitin isə "Günəşin doğduğu yer" serialında baş rol üçün 4,5 milyon TL alacağı irəli sürülüb.

"ATV" kanalının yeni mövsümdə yayımlayacağı iki ayrı layihədə rol alacağı bildirilən Fahriye Evcen və Burak Özçivit ekranlara ayrı-ayrılıqda qayıdacaq.

Burak Özçivit daha əvvəl "Quruluş Osman" serialında bölüm başına tələb etdiyi qonorarın prodüser tərəfindən yüksək hesab edilməsindən sonra ekranlardan uzaqlaşmışdı. Aktyor yeni mövsümdə böyük maraq doğuracağı gözlənilən "Günəşin doğduğu yer" serialında baş rolda çıxış edəcək.

Fahriye Evcen isə uzun fasilədən sonra "Hamal" serialı ilə tamaşaçı qarşısına çıxmağa hazırlaşır. Beləliklə, cütlük "ATV" ekranlarında eyni vaxtda, lakin ayrı-ayrı layihələrdə yer alacaq.

Cütlük daha əvvəl 2023-cü ildə yataq məhsulları istehsal edən şirkətin reklamında birlikdə çəkilmişdi. Həmin vaxt onların 80 milyon TL qazandığı bildirilmişdi.

Hazırda isə cütlüyün ayrı-ayrılıqda alacağı qonorarın ümumi məbləğinin həftədə 7 milyon TL olacağı iddia edilir. Qeyd olunan məbləğlər barədə tərəflər tərəfindən rəsmi açıqlama verilməyib. (Demokrat.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin