Azərbaycan şou-biznesinin tanınmış simalarının şəxsi həyatı ilə yanaşı, ailə və qohumluq əlaqələri də zaman-zaman diqqət çəkir.
Bizim.Media “milli.az”a istinadən xəbər verir ki, sosial şəbəkələrdə məşhur sənət nümayəndələrinin bir-biri ilə qohum olduğu barədə məlumat və görüntülər yayılıb.
İzləyicilər üçün maraqlı məqamlardan biri də illərdir tanınan bəzi məşhurların əslində yaxın qohumluq əlaqələrinin olmasıdır.
Siyahıda müğənnilərlə yanaşı, aktyor və aktrisalar, aparıcılar və digər sənət nümayəndələri də yer alır. Onların arasında Xalq artistləri və Əməkdar artistlərin də olması diqqət çəkib. Bəzi qohumluq əlaqələri ictimaiyyətə əvvəldən məlum olsa da, bəzi məşhurların bir-biri ilə qohum olması izləyicilər üçün gözlənilməz olub.
Maraqlı faktların sosial şəbəkələrdə paylaşılması ilə məşhurların ailə bağları yenidən gündəmə gəlib və mövzu istifadəçilər arasında geniş müzakirələrə səbəb olub.













Bizim.Media


































































































