"Yeraltı" serialında “Melek” rolunu canlandıran 17 yaşlı Ülkü Hilal Çiftçinin atası Ünal Çiftçi İstanbul Anadolu Baş Prokurorluğuna şikayət ərizəsi ilə müraciət edərək qızının özündən 10 yaş böyük tərəf-müqabili ilə sevgili olduğunu iddia edib.
Bizim.Media xəbər verir ki, jurnalist Birsen Altuntaşın sözlərinə görə, uzun illər televiziya və film sənayesində iaşə və aktyor seçimi kimi sahələrdə çalışan Ünal Çiftçi yetkinlik yaşına çatmayan qızının onun razılığı olmadan layihələrdə işə götürüldüyünü və qızının "Yeraltı" serialındakı həmkarı Hakan Çələbi ilə münasibətdə olduğunu iddia edib.
“Ülkü Hilal Çiftçi adlı 17 yaşlı bir qızım var. Qızım “OnTalent Management” agentliyində aktrisa kimi çalışır. Lakin onun “WhatsApp” mesajlarında işlədiyi çəkiliş meydançasında özündən 10 yaş böyük bir kişi ilə danışdığını gördüm və bu vəziyyət məni narahat etdi.
İdarəetmə şirkətinin sahibi Gözde Yılmaz adlı şəxsdir. Qızımın aktyorluq fəaliyyəti üçün bizim razılığımız tələb olunsa da, şirkət heç vaxt mənim razılığımı almayıb. Bu səbəbdən “OnTalent Management” şirkətinin sahibi Gözde Yılmaz və azyaşlı olmasına baxmayaraq qızımla münasibətdə olan aktyor Hakan Çələbiyə qarşı şikayət ərizəsi təqdim edirəm” – deyə aktrisanın atası bildirib.
Bu iddia Türkiyə şou-biznesində böyük səs-küyə səbəb olub.
Şirkət isə rəsmi açıqlama yayaraq cəmi 17 yaşı olan Ülkü Hilal Çiftçinin şəxsi həyatı ilə bağlı iddiaları ictimaiyyət qarşısında müzakirə etməyin yersiz olduğunu bildirib və gənc aktrisanın şəxsi həyatının, şəxsi hüquqlarının və "uşağın maraqlarının" hər hansı bir müzakirədən üstün tutulmalı olduğunu vurğulayıb.
Bəyanatda həmçinin mətbuatdan və sosial media istifadəçilərindən də eyni həssaslığın gözləntisi ifadə edilib və Ülkü Hilal Çiftçinin bu günə qədər bütün aktyorluq fəaliyyətlərinin mövcud qanunvericiliyə uyğun olaraq, onun hüquqi nümayəndəsinin məlumatı və təsdiqi ilə həyata keçirildiyi qeyd edilib.
Şirkət əlavə olaraq, onlara qarşı irəli sürülən yalan iddialarla bağlı qanuni hüquqlarını özündə saxladıqlarını və indiyə qədər olduğu kimi, prioritetlərinin Ülkü Hilal Çiftçinin hüquqlarını və peşəkar gələcəyini qorumaq olduğunu bildirib.


Bizim.Media

- A-
- A
- A+
Şoutaym
17:33 / 06.08.2026
"Yeraltı" serialında QALMAQAL: 17 yaşlı aktrisanın atası prokurorluğa şikayət etdi - FOTO
Hazırda oxunan: "Yeraltı" serialında QALMAQAL: 17 yaşlı aktrisanın atası prokurorluğa şikayət etdi - FOTO
Hazırda oxunan: "Yeraltı" serialında QALMAQAL: 17 yaşlı aktrisanın atası prokurorluğa şikayət etdi - FOTO
629699
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































