Türk aktrisa 8 il sonra geri döndü: Qəhrəman mühəndis— FOTOLAR

Hazırda oxunan: Türk aktrisa 8 il sonra geri döndü: Qəhrəman mühəndis— FOTOLAR

629690

Türk aktrisa Gamze Özçelik 8 illik fasilədən sonra yenidən aktyorluğa qayıdıb. 

Bizim.Media xəbər verir ki, o, "Tabii" platforması üçün çəkilən "Operasyon Alesta" serialında Afrikada çalışan türkiyəli mühəndis Zeynəb obrazını canlandıracaq.

2018-ci ildə aktyorluğu tərk edərək mənəvi həyata yönələn Gamze Özçelik illər sonra yenidən çəkiliş meydançasına dönüb. Tanınmış aktrisa TRT-nin rəqəmsal platforması "Tabii" üçün "Üs Yapım" tərəfindən istehsal olunan "Operasyon Alesta" serialında rol alıb.
 

Serialda Afrikada çalışan idealist türkiyəli mühəndis Zeynəb obrazını canlandıran Özçeliyin ekranlara qayıdışı pərəstişkarları tərəfindən böyük maraqla qarşılanıb. Aktrisa çəkiliş meydançasında lentə alınmış fotolarını sosial media hesabında paylaşaraq hisslərini izləyiciləri ilə bölüşüb.


"Hər anından zövq aldığım və uzun illərdən sonra yenidən iştirak etməkdən xoşbəxt olduğum bir layihə oldu", deyə bildirən Gamze Özçelik layihənin prodüseri Süreyya Yaşar Önala təşəkkür edib.

O, paylaşımında bunları qeyd edib: "Artıq bu sahədən xeyli uzaqlaşmış olsam da, məni bu layihədə görmək istədiyiniz və məni buna inandırdığınız üçün sizə təşəkkür edirəm".

Türkiyənin Milli Müdafiə Nazirliyi və Hərbi Dəniz Qüvvələri Komandanlığının dəstəyi ilə çəkilən "Operasyon Alesta" serialının aktyor heyətində Cem Bender, Onur Seyit Yaran, Fırat Çelik, Aslıhan Güner, Ersin Arıcı, Mehmet Bozdoğan və Meltem Akçöl da yer alırlar.

Ssenarisi Onur Böber tərəfindən qələmə alınan, rejissoru Yunus Ozan Korkut olan serial Afrikadakı bir ölkədə baş verən çevrilişdən sonra bölgədə mühasirədə qalan mülki şəxslərin xilas edilməsi üçün göndərilən Türkiyə hərbi gəmisinin zamana qarşı apardığı mübarizədən bəhs edir. (Demokrat.az)




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin