74 yaşlı türkiyəli sənətçi Bülənt Ersoy səhnəyə fərqli görünüşü ilə çıxaraq diqqət mərkəzinə düşüb.
Bizim.Media xəbər verir ki, konsert zamanı yeni obrazda tamaşaçıların qarşısına çıxan ifaçı həm geyim tərzi, həm də imici ilə maraq doğurub.
Bülənt Ersoyun mahnılarını ifa edərkən nümayiş etdirdiyi rəqs performansı da izləyicilərin diqqətindən yayınmayıb. Sənətçinin səhnədəki görüntüləri qısa zamanda sosial şəbəkələrdə geniş yayılıb.
Paylaşılan videolar minlərlə baxış toplayarkən, istifadəçilər Bülənt Ersoyun yeni görünüşü ilə bağlı müxtəlif fikirlər səsləndiriblər.
Bəziləri sənətçinin enerjisini və səhnə performansını yüksək qiymətləndirib, digərləri isə onun yeni imici ilə bağlı fərqli rəylər yazaraq mövzunu müzakirə ediblər. (Milli.az)
Bizim.Media

































































































