"Vampir gündəlikləri" serialında Stefan Salvatore obrazı ilə tanınan Pol Uesli model Natali Kükünburqla rəsmən ailə həyatı qurub. Cütlük kamera üslubunda, şəhər xaricində kiçik bir mərasim təşkil edib. Toyun ən diqqətçəkən məqamı isə cütlüyün ev heyvanının "şahid" qismində iştirak etməsi olub.
Bizim.Media xəbər verir ki, 26 yaşlı Natali xoşbəxt hadisə barədə "Instagram" hesabında paylaşım edərək, bir sıra toy fotolarına "Cənab və xanım... və ən yaxşı oğlan Qreq" şərhini yazıb.
Mərasim xurma ağaclarının əhatəsində, açıq havada keçirilib. Fotolarda cütlüyün bir-birinə and içməsi, əl-ələ tutması və öpüşməsi əks olunub. Onların yanında isə toyun əsl ulduzuna çevrilən sevimli itləri Qreq oturub.
Gəlin təntənəli gün üçün "Galia Lahav" brendindən fil sümüyü rəngli lakonik bir geyim seçib, 43 yaşlı aktyor isə qara qalstuklu tünd göy rəngli kostyumda olub.
Pol Uesli Nataliyə ötən yay İtaliyanın Amalfi sahilinə səyahət zamanı evlilik təklifi edib. Məhz bir neçə il əvvəl onların ilk görüşü də burada baş tutub. Aktyor sonradan etiraf edib ki, sevgilisinə təklif etmək üçün məqsədli şəkildə həmin yerə qayıdıb. Natali onun planlarını təxmin etsə də, xoşbəxtlikdən göz yaşlarını saxlaya bilməyib.
Cütlüyün eşq macərası barədə ilk dəfə 2022-ci ildə İtaliyada görüntüləndikdən sonra danışmağa başlayıblar.
Daha sonra Uesli Natali ilə ən klassik üsulla – Nyu-Yorkdakı barlardan birində tanış olduqlarını açıqlayıb.
Qeyd edək ki, bu, aktyorun üçüncü nikahıdır. O, daha əvvəl aktrisalar Torri DeVitto və İnes de Ramon ilə evli olub. İnes de Ramon hazırda Bred Pitt ilə münasibətdədir.



Bizim.Media































































































