Teylor Sviftin toyundan qalan zibillər yüzlərlə dollara SATILDI

Hazırda oxunan: Teylor Sviftin toyundan qalan zibillər yüzlərlə dollara SATILDI

624721

Rəssam Castin Qinyak Teylor Svift və Trevis Kelsinin toyundan sonra zibil qalıqlarını toplamaq və onları sənət obyektlərinə çevirmək üçün "Madison Square Garden" arenasına yollanıb. 

Bizim.Media xəbər verir ki, bu barədə "CBS News" məlumat yayıb.

Qinyak bayramdan sonra qalan hər şeyi — siqaret kötüklərini, plastik borucuqları, kağız stəkanları, parça qalıqlarını, istifadə olunmuş ovulyasiya testlərini, paketləri, konfet kağızlarını və hətta tapdığı "AirPods"un sol qulaqlığını toplayıb.
 

O, tapıntıları miniatür heykəllərə çevirərək üzərində toyun tarixi və "Just&T Married" yazısı olan şəffaf qutulara yerləşdirib. Bütün sənət obyektləri artıq satılıb. Belə ki, rəssamın "cib zibili" adlandırdığı kiçik nüsxələr 25 dollara, böyükləri isə 100 dollara alıcı tapıb. Qinyakın sözlərinə görə, kiçik qutular cəmi bir günə tamamilə satılıb.


Rəssam artıq neçə ildir ki, oxşar layihələrlə məşğul olduğunu etiraf edib. O, Nyu-Yorkda və Amerikanın digər şəhərlərində zibilləri toplayaraq onları mühüm hadisələrə həsr olunmuş xatirə suvenirlərinə çevirir.

Qinyak qeyd edib ki, əgər cütlük belə qeyri-adi bir hədiyyə ilə maraqlansa, bu qutulardan birini Svift və Kelsiyə verməyə hazırdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin