Ankarada keçirilən NATO Zirvə Toplantısı ilə bağlı yeni maraqlı detal ortaya çıxıb.
Bizim.Media xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğanın Çankaya Köşkündə təşkil etdiyi proqram çərçivəsində dövlət və hökumət başçılarının həyat yoldaşları bir araya gəliblər.
Tədbir zamanı "Uşaqlar, Texnologiya və Təhlükəsizlik: Gələcək Nəslin Qorunması" mövzusunda dəyirmi masa keçirilib. Əminə Ərdoğan çıxışında rəqəmsal texnologiyaların və süni intellektin uşaqların həyatına təsirindən danışıb.
Zirvə ilə bağlı ən çox diqqət çəkən məqamlardan biri isə məşhur müğənni Ajda Pekkan ilə bağlı olub.
Bildirilir ki, sənətçi liderlərin həyat yoldaşları üçün təşkil edilən şam yeməyində səhnəyə çıxaraq musiqi proqramı təqdim edib.
Tədbirdə qonaqlara türk mətbəxinin müxtəlif nümunələri də təqdim olunub. Menyuda ənənəvi yeməklər və yerli məhsullardan hazırlanan xüsusi təamlar yer alıb. (milli.az)
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
19:12 / 10.07.2026
Ajda Pekkan NATO liderlərinin həyat yoldaşları üçün oxudu – VİDEO
Hazırda oxunan: Ajda Pekkan NATO liderlərinin həyat yoldaşları üçün oxudu – VİDEO
Hazırda oxunan: Ajda Pekkan NATO liderlərinin həyat yoldaşları üçün oxudu – VİDEO
624514
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































